Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib
03:37 27 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Tbilisi prospektində taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Əsgərova Solmaz Orucəli qızını vurub.
Nəticədə qadın açıq sınıq xəsarətləri və kəllə-beyin travması alıb. O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-taksi-yasli-qadini-vuraraq-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR