Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ

Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ
04:13 27 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunun Xoşbulaq kəndində bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Qurbanov Xalıq Azər oğlu kabab çəkərkən ehtiyatsızlıqdan özünü yandırıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Dostlarının dediyinə görə, o, kömürü alışdırmaq üçün manqala benzin tökərkən yanacaq onun üzərinə də dağılıb. Nəticədə onu alov bürüyüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/204067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR