Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi

Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi
05:19 27 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Kristofer Reyin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini baxılmaq üçün Senata təqdim edib.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

D.Tramp iyunun 7-də K.Reyin FTB direktoru postuna namizədliyini irəli sürdüyünü bəyan edib.

 

Yel universitetinin məzunu, 51 yaşlı Kristofer Rey 2003-2005-ci illərdə Ədliyyə naziri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda K.Rey “King & Spalding” hüquq şirkətinin rəhbərlərindən biridir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR