"Ağıllı" yorğan hazırlanıb - VİDEO

"Ağıllı" yorğan hazırlanıb - VİDEO
07:27 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

Kanadanın "Smartduvet" startapı tərəfindən təqdim edilmiş xüsusi astar adi yorğanı "ağıllı" edir və yuxu zamanı çarpayıda temperaturu tənzimləyir, həmçinin yatağı avtomatik yığışdırır. Artıq "Indiegogo" platformasında "Smartduvet Breeze" adlı qurğunun istehsalına vəsait toplama kampaniyasına start verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Smartduvet Breeze" xüsusi hava yoluna malik astardır, yorğana bərkidilir və çarpayının altında qurulmuş kiçik hava nasosuna birləşdirilir. Bu hava nasosunun köməyi ilə "ağıllı" yorğan səhərlər yatağı yığışdırır. Bundan başqa, xüsusi mobil proqram "Smartduvet Breeze" qurğusunun sahiblərinə çarpayının tən ortasından lazımi temperaturu təyin etməyə imkan verəcək və məsələn, nasos bir tərəfi soyudacaq, digər tərəfi qızdıracaq. Qurğunun yaradıcılarının sözlərinə görə, yuxu daha şirin olmaqla yanaşı, həm də elektrik enerjisinə sərf edilən xərclər azalacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR