Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib

Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib
07:47 27 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində dava baş verib.
“Report” xəbər verir ki, bazarda satıcı işləyən iki şəxs arasında mübahisə düşüb.
Əlbəyaxa dava zamanı iki şəxsi ayırmağa çalışan 1983-cü il təvəllüdlü Mustafayev Məvid Əvəz oğlu üz və bədən nahiyələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib. Davanın səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabuncu-bazarinda-dava-dusub-1-nefer-xestexanaya-yerlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR