“App Store”da qlobal təmizlik aparılacaq

“App Store”da qlobal təmizlik aparılacaq
07:52 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Apple" korporasiyası özünün "Apple Store" əlavələr mağazasını təmizləyəcəyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  təmizləmə qlobal olacaq və bütün ölkələri əhatə edəcək.
 
Şirkət bütün mümkün klonlardan canını qurtarmaq qərarına gəlinib. Təkcə onu qeyd edək ki, bir zamanlar bütün dünyaya səs salmış "Flappy Bird" oyununun oxşarı bir neçə yüz ədəd təşkil edir. Həmçinin, artıq tərtibatçıları tərəfindən atılmış və uzun illər ərzində yüklənməyən virtual mağaza və əlavələrdə də təmizləmə işləri aparılacaq.
 
Ümumilikdə bu, "App Store"da ən iri miqyaslı təmizləmə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/557503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR