“Google” Rusiyada açıldı

“Google” Rusiyada açıldı
08:12 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Google" axtarış sisteminin Rusiyada bloklanmasının səbəbi aydın olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti - "Roskomnadzor"un rəsmi nümayəndəsi Vadim Ampelonski bildirib ki, "Google"un səhifələrindən iki bukmeker kontoruna yönləndirmə mövcud olub. Bu kontorlar isə Rusiya ərazisindən qadağan edilib: "Google.ru saytında səhifələrin birindən bizim daha əvvəl blokladığımız bukmeker kontorunun saytına redirekt - yönləndirmə var idi".
 
V. Ampelonski bununla bağlı "Google"a müraciət etdiklərini və "Roskomnadzor"un tələbinin yerinə yetirildiyini deyib. Nəticədə "Google" "qara siyahı"dan çıxarılıb.
 
Xatırladaq ki, "Google.ru" səhifəsi iyunun 14-də "Roskomnadzor" tərəfindən qadağan edilən informasiya reyestrinə daxil edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR