İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurub

İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurub
08:22 27 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Tərəfimizdən Qəzzanı idarə edən və orada baş verənlərə görə cavabdeh olan HƏMAS təşkilatına hücum olub", - deyə məlumatda bildirilir.
Fələstin mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri HƏMAS-ın Qəzzanın şimal və cənubunda yerləşən iki mövqeyinə endirilib.
Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi. Raket açıq sahəyə düşdüyündən xəsarət alan olmamışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srail-qezzada-hemas-in-movqelerini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR