Tramp kibertəhlüksizliklə bağlı komissiya yaratdı

Tramp kibertəhlüksizliklə bağlı komissiya yaratdı
08:32 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp ölkənin seçki sisteminin kiber hücumlardan müdafiəsi məqsədilə xüsusi komissiya yaratmağı qərara alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Şon Spayser bildirib. O deyib ki, prezident Tramp ABŞ seçki prosesinə kənar müdaxilə təhlükəsindən ciddi narahatdır. Bu məqsədlə o, ştatlardakı seçki sistemlərinin nə dərəcədə etibarlı olduğunu araşdırmaq üçün xüsusi komissiya yaratmaq qərarına gəlib.    
 
Ş. Spayser qeyd edib ki, komissiya səslərin sayılması sisteminə kiberəhlükəsizlik baxımından etibar etmək olarmı sualına cavab verməlidir: "Mən düşünürəm ki, artıq yaxın iki həftə ərzində komissiya bir neçə bəyanatla çıxış edəcək. İyul ayında isə bu barədə dinləmələr keçiriləcək".
 
Xatırladaq ki, ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın kibermüdaxiləsi barədə təhqiqatlar davam edir. ABŞ rəsmiləri seçki ərəfəsində rusiyalı hakerlərin 21 ştatın seçki sisteminə müdaxilə etdiyini açıqlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR