Rumıniyada yeni baş nazir təyin olunub

Rumıniyada yeni baş nazir təyin olunub
08:32 27 İyun 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Rumıniya prezidenti Klaus İohannis ölkənin yeni baş nazirini təyin edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu vəzifə hazırda iqtisadiyyat naziri vəzifəsini müvəqqəti icra edən Mihai Tudoseyə həvalə olunub.
Yeni baş nazirin namizədliyi Rumıniyanın hakim Sosial Demokrat Partiyası (SDP) tərəfindən irəli sürülüb. SDP-nin sədr müavini, 50 yaşlı M.Tudose 25 ildir partiyanın üzvüdür. O, sabiq baş nazirlər Viktor Ponta və Sorin Qrindyanu hökumətlərində iqtisadiyyat naziri işləyib.
Ötən həftə Rumıniya parlamentində hökumətə etimadsızlıq məsələsi müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində deputatlar baş nazir Sorin Qrindyanu hökumətini istefaya göndəriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR