Zərih nədir?

Zərih nədir?
08:37 27 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Müqəddəs ziyarətgahlarda məzarların üzərində qurulmuş metal və ya taxta məhəccərə zərih deyilir. (Bəzən bilməyərəkdən "zireh" deyirlər). Zərih ziyarətə gələnlərlə məzar arasında maneə yaratmaq və izdihamın çoxluğundan məzara ziyan dəyməsinin qarşısını almaq məqsədi ilə quraşdırılır. Məsum imamların zərihi adətən gümüşdən olur.

Milli.Az islam.az-a istinadən bildirir ki, imamzadələrin və övliyaların qəbri üzərində metal və taxta zərih qoyurlar. Zərihin üzərində müxtəlif həndəsi və nəbati naxışlar, eləcə də, dini yazılar həkk edilir. Zərihlərin bəzək işlərində qızıl və gümüş suyundan istifadə olunur. Müqəddəs ziyarətgahlardakı zərihlər əsl sənət əsəri sayılır. Zəvvarlar zərihin məhəccərinin arasından içəriyə baxır, bəzən içəriyə nəzir atırlar. Təbərrük məqsədilə zərihə əl sürtmək və onu öpmək olar, bu iş günah deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR