Allahı necə zikr etmək lazımdır?

Allahı necə zikr etmək lazımdır?
08:47 27 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Əlbəttə, Allahı dil ilə zikr etməyin böyük savabı vardır. Lakin zikri başdansovdu və diqqətsiz halda söyləmək olmaz. Qəlbin iştirakı olmadan edilən zikrin faydası yoxdur. Zikr qəlbdən qüvvət almalıdır. Əgər qəlbin zikrdən xəbəri yoxdursa, bu, boş danışıqdan başqa bir şey deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Əli ibn Əbutalib (ə) buyurmuşdur: "Zikr nə dilin adət etdiyi dəblərdən biri, nə də fikrin (düşüncənin) yollarından biridir. Onun birinci tərəfi zikr olunan (yəni Allah), ikinci tərəfi isə zikr edəndir (yəni bəndədir)" (Ğürər əl-hikəm, 2091). Hədis bunu çatdırır ki, bəndə Allah-Taalanı öz qəlbi ilə hiss etməsə, yalnız dilini və ağlını işlətməklə həqiqi zikrə nail ola bilməz. Hər şeydən öncə, bəndə kimin adını zikr etdiyini bütün qəlbi ilə duymalıdır. Yalnız bu halda Allah-Taala bu zikri ondan qəbul edər və faydasını ona göstərər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR