“Senatın Rusiya və İrana qarşı qərarı ABŞ-ın öhdəliklərinə ziddir” - Əli Laricani

“Senatın Rusiya və İrana qarşı qərarı ABŞ-ın öhdəliklərinə ziddir” - Əli Laricani
08:52 27 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Senatında İran və Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin qəbul edilməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Əli Laricani bəyan edib.
 
"ABŞ-ın birtərəfli qaydada müstəqil dövlətlərə qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüququ, BMT Nizamnaməsini pozur. ABŞ-ın  Rusiya və İran şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir  və suveren dövlətlərin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir", deyə Ə.Laricani bildirib.
 
Cənubi Koreyanın paytaxtı Seulda, Avrasiya dövlətləri parlament spikerlərinin iclasında  iştirak edən Ə.Laricani region ölkələrini əsassız qərarların qarşısını almaq üçün, beynəlxalq hüquqa əməl olunmasını təmin edəcək mexanizm yaratmağa çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/557885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR