Müsəbbihat surələri hansılardır?

Müsəbbihat surələri hansılardır?
08:57 27 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəlində Allah-Taalaya təsbih edilən (yəni Allahın hər nöqsandan uzaq olduğunu təsdiqləyən) surələrə müsəbbihat surələri deyirlər. Bu ad Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən işlənmişdir. Dini kitablarda müsəbbihat surələri ilə bağlı hədislər mövcuddur. İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: "Hər kim yatmazdan əvvəl bütün müsəbbihat surələrini oxusa, İmam Mehdini görməyincə ölməz, öləndə Mühəmməd Peyğəmbərin (s) yanında (yəni onu sevənlərin və onun razı qaldığı şəxslərin arasında) olar" (Bihar əl-ənvar, 92-ci cild, səh. 312).

Milli.Az islam.az-a istinadən bildirir ki, müsəbbihat surələrinin sayına və adına gəlincə, bu barədə alimlərin fikirləri fərqlidir. Alimlərin bir qismi bəzi hədislərə istinad edərək müsəbbihat surələrinin sayının 7 olduğunu yazmışlar. Bunlar aşağıdakı surələrdir: İsra, Hədid, Həşr, Saff, Cümə, Təğabün və Əla. Bəzi alimlər Əla surəsini bura aid etməmiş və müsəbbihat surələrinin sayını 6 bilmişlər. Bəziləri isə İsra surəsini də çıxaraq surələrin sayını 5-ə endirmişlər. Əksinə, Fürqan və Mülk surələrini əlavə etməklə müsəbbihat surələrinin sayını 9-a qaldıranlar da vardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR