Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək
08:57 27 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada vətəndaşlığı olmadan yaşayan şəxslərə şəxsiyyəti təsdiq edən sənədlərin verilməsinə başlana bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə mənbəyə istinadən "İzvestiya" qəzeti yazıb.
Nəşr Rusiya prezidenti yanında İnsan Haqları Şurasının Miqrasiya Komissiyasının sədri Yevgeni Bobrovun sözlərinə istinadən yazır ki, belə bir qanun layihəsini Daxili İşlər Nazirliyi hazırlayacaq.
"Vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd hazırlanmalıdır. O, müvəqqəti yaşamaq icazəsi alanadək qüvvədə olacaq. Əcnəbilərin müvəqqəti saxlanma mərkəzləri və ya gecələmə yerlərində sənədi ala biləcək insanlar çoxdur. Onlar köhnə sənədlərindən məhrum olublar, yeniləri isə verilmir", - deyə Bobrov bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR