Koroğlu metrostansiyası yaxınlığında bıçaqlanma

Koroğlu metrostansiyası yaxınlığında bıçaqlanma
09:17 27 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, metronun Koroğlu stansiyası yaxınlığında düşən mübahisə zamanı 1978-ci il təvəllüdlü Daşdəmirov Teymur Tahir oğlu boğaz və bədəninin müxtəlif nahiyələrindən bir neçə bıçaq xəsarəti alıb.

O, təcili tibbi yardım xidmətinə məxsus avtomobil ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hadisənin baş verdiyi əraziyə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR