Bakıdan Taylanda aviareys açıldı - Azərbaycana nələr verəcək?

Bakıdan Taylanda aviareys açıldı - Azərbaycana nələr verəcək?
09:37 27 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı və Banqkok arasında birbaşa aviareyslərin açılması Cənubi Şərqi Asiyadan Azərbaycana turist axınına səbəb ola bilər".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.

Assosiasiya rəhbəri bildirib: "Son vaxtlar Asiya ölkələrində turistlərin Bakıya marağı artmağa başlayıb. Birbaşa reyslərin açılması da Tailand, Malayziya, Sinqapur və İndoneziyadan turist axınına səbəb ola bilər".

Onun sözlərinə görə, hazırda bu ölkələr arasında daha çox indoneziyalı turistlər Azərbaycana maraq göstəririlər.

N.Bağırovun sözlərinə görə, artıq bu ölkələrlə əlaqədar bir sıra proqram və təkliflər də hazırlanıb.

Qeyd edək ki, oktyabrın 29-dan Bakı-Banqkok arasında birbaşa aviareyslər fəaliyyətə başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR