"Qəbələ" klubu "Qlazqo Reyncers"in yarımmüdafiəçisini icarəyə götürür

"Qəbələ" klubu "Qlazqo Reyncers"in yarımmüdafiəçisini icarəyə götürür
09:42 27 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ "Qəbələ" klubu Şotlandiya "Qlazqo Reyncers"inin futbolçusu Andi Hallideylə müqavilə bağlaya bilər.
"Report"un "The Scottish Sun"a istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"a 1 illik icarəyə veriləcək. Hallidey Avstriyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə bu gün qoşulacaq.
Baş məşqçi Pedro Kayşinya şotlandiyalı oyunçuya bildirib ki, o, gələn mövsüm üçün planlarına daxil deyil. 47 yaşlı mütəxəssis Hallideyə, klub tapanadək 20 yaşadək futbolçulardan ibarət komanda ilə birgə çalışmağı təklif edib. Bu zaman "Qəbələ" ona gələn mövsümün sonunadək anlaşma təklif edib.
Qeyd edək ki, Endi Hallidey "Reyncers"də 2015-ci ildən çıxış edir. O, 90 oyuna 15 qol vurub. Keçidi baş tutsa, o, Azərbaycanda legioner həyatı yaşayan ikinci şotlandiyalı olacaq. Daha əvvəl 2011-2012 mövsümündə qapıçı Qrem Smit də "Qəbələ"də forma geyinib.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-klubu-qlazqo-reyncers-in-yarimmudafiecisini-icareye-goturur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR