Ağdaşda 58 yaşlı qadın özünü öldürmək istədi

Ağdaşda 58 yaşlı qadın özünü öldürmək istədi
10:05 27 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş sakini sirkə turşusu içərək intihara cəhd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirkəkə kəndində baş verib. 

Kənd sakini 1959-cu il təvəllüdlü Nazilə Məhərrəm qızı Məmmədova gecə saatlarında yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etmək istəyib. 

Yaxınları onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıblar.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR