Azərbaycan Avrokomissiyaya hesabat təqdim edəcək

Azərbaycan Avrokomissiyaya hesabat təqdim edəcək
10:22 27 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda "e-commerce" və "e-logistics" bazarlarının cari vəziyyəti ilə bağlı hesabat hazırlanıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə İnformasiya Texnologiyaları Regional Akademiyasının (RITA - Regional Information Technologies Academy) rəhbəri Tofiq Babayev deyib.

Onun sözlərinə görə, hesabatda elektron kommersiya və elektron loqistikanın prosedurları ilə bağlı bütün aspektlər əks olunub.

T.Babayev əlavə edib: "Hazırlanmış təkliflər bu ay Avropa Komissiyasına təqdim ediləcək. Sentyabrda isə Brüsseldə nazirlər səviyyəsində keçiriləcək görüşdə proqram məsələlərinin həlli üçün vəsait ayrılması ilə bağlı qərar qəbul olunacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR