Cavid İmamverdiyev: “Onlar bura elə-belə gəlməyiblər”

Cavid İmamverdiyev: “Onlar bura elə-belə gəlməyiblər”
10:37 27 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

“Yeni komandaya qoşulduğum üçün şadam. Ötənilki söhbətdə də deyildi ki, bu komanda elə-belə yaranmayıb”. Fanat.Az xəbər verir ki, bunu “Sumqayıt”ın yeni transferi Cavid İmamverdiyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.

 

Mövsümlərarası fasilədə “Neftçi”dən alınan yarımmüdafiəçi yeni komandasından ağızdolusu danışıb.

 

Milli komandamızın üzvü kollektivə uyğunlaşmaqda problem yaşamayacağını düşünür: “Rail Məlikov, Vurğun Hüseynov kimi simalar Azərbaycan futbolunda ad qoymuş şəxslərdi. Bilirəm ki, onlar olan yerdə gözəl kollektiv qurular. Özüm də gəlib bunun şahidi oldum. Həm rəhbərlik, həm məşqçilər korpusu, həm də futbolçular əla kollektiv formalaşdırıblar. Belə bir komandada yer aldığım üçün çox şadam. Çalışacağam tezliklə kollektivə uyğunlaşım və özümü sübut edim. “Sumqayıt”da əcnəbi yoxdu, hamısı öz uşaqlarımızdı. Çoxunu da tanıyıram. İnanmıram ki, çətinlik çəkim. Onlar da sağ olsunlar, dəstək verirlər”.

 

İmamverdiyev yeni komandasındakı hədəflərindən də qısaca söz açıb: “Başımızı aşağı salıb futbolumuzu oynayacaq və üzərimizə düşən işi görəcəyik. Yeni oyunçular da bura elə-belə gəlməyiblər. Hədəfimiz gözəl yerlərə yüksəlməkdi”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cavid-mamverdiyev-onlar-bura-el-bel-glmyiblr-t58928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR