"Çelsi"nin hücumçusu Fransa klubunda

"Çelsi"nin hücumçusu Fransa klubunda
10:37 27 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Lion" klubu heyətini hücumçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fransa təmsilçisi 21 yaşlı Bertran Traoreni heyətə qatıb. Onunla 2022-ci ilə kimi müqavilə imzalanıb. Burkina-Faso millisinin futbolçusuna görə "Çelsi"yə 10 milyon avro ödənib. "Zadəganlar" futbolçunun 3-cü kluba satışından əldə olunacaq vəsaitin 15%-nə də sahib çıxacaq.

Geridə qalan mövsümdə Traore icarə əsasında "Ajax"da çıxış edib. O, Amsterdam klubunun heyətində çıxdığı oyunlarda 13 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR