“Qarabağ” ikitərəfli oyun keçirdi

“Qarabağ” ikitərəfli oyun keçirdi
10:47 27 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda onuncu günü iki məşqlə başa vurub.

 

Günün ilk məşqi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) start götürüb və futbolçular toplu çalışmalara üstünlük verib. Günün ikinci çalışması isə yerli vaxtla axşam saat 19:00-da başlayıb və təxminən 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçular bir neçə komandaya bölünüb və ikitərəfli oyunlar keçirib.

 

Sonda İbrahim Şehiç, Əfran İsmayılov, Elvin Yunuszadə, Abbas Hüseynov, Rahid Əmirquliyev, Ağabala Ramazanov və Dino Ndlovunun çıxış etdiyi komanda günün qalibi olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-ikitrfli-oyun-kecirdi-t58929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR