​ABŞ-dan Əsədi qorxudan

ABŞ rəhbərliyi Bəşər Əsəd rejiminin Suriyada kimyəvi silah hücumu təşkil edəcəyi barədə yazılı açıqlama verib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, "Ağ ev"in sözcüsü Sean Spiker kütləvi insan ölümünə səbəb ola biləcək bu hücum təşkil olunarsa, Bəşər Əsədin bunun əvəzini ağır şəkildə ödəyəcəyini vurğulayıb:

“ABŞ Əsəd rejiminin kütləvi ölümə səbəb ola biləcək kimyəvi silah hücumu hazırladığını müəyyənləşdirib. Bu hazırlıqlar 4 aprel 2017-ci ildəki kimyəvi hücumlardan öncəkilərə bənzəyir. Bəşər Əsəd kimyəvi silahlardan istifadə edərək kütləvi ölümlərə səbəb olsa, onun ordusu bunun əvəzini ağır şəkidlə ödəyəcək”.

Rusiya və ABŞ razılığa gəldi - Suriya ordusuna yardım göstəriləcək

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR