Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb

Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb
11:02 27 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara. 27 iyun. REPORT.AZ/ Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb.
“Report”un Cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri Qum küçəsi ev 130-da qeydiyyatda olan 1985-ci il təvəllüdlü Şiriyev Vüqar Fərhad oğlunun evinə baxış keçirilib.
Baxış zamanı onun mənzilindən 1 kq-dan çox çəkidə olan heroin, 5,4 qr həşiş qətranı, ümumi çəkisi 540 qr olan tiryək və 1 ədəd 410 kalibri “Sayqa” markalı pnevmatik avtomat silah, bir ədəd sandıqça və həmin silaha aid 31 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astara-sakininden-avtomat-silah-ve-narkotik-vasiteler-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR