Quba zəncirvari yol qəzası - Ölən və yaralanan var

Quba zəncirvari yol qəzası - Ölən və yaralanan var
11:08 27 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 26-da saat 01 radələrində Quba rayonunun Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2771068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR