"Jiru mənə şəxsən deyib ki, tələsmək istəmir"

"Jiru mənə şəxsən deyib ki, tələsmək istəmir"
11:27 27 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Olivye Jirunun "Arsenal"dan Fransaya qayıdacağı barədə söz-söhbətlər londonlu azarkeşləri narahat edir. Hücumçuya iddiaçılar arasında "Lion"un da adı var.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Jan-Mişel Olas Jiru ilə maraqlandıqlarını təsdiqləyib.

"Bir müddət öncə onun üçün hərəkətə keçmişdik. Jirunu bəyənirik, xeyli qollar vurur. 2018 DÇ-da oynamaq istəyir. Mənə şəxsən deyib ki, tələsməməyə çalışır. Hazırda "Arsenal"da qeyri-müəyyən vəziyyətdədir. Qeyd etdi ki, növbəti mövsümdə əsas heyət üzvü olmağa ümid edir. Hər şeyin açarı Arsen Venqerdir. Biz kənardan izləyirik. Mümkün qədər tez bir zamanda Avropadan səviyyəli forvard transferini reallaşdırmağa çalışacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR