Bakıda "Formula 1" ilə əlaqədar marşrutlarda edilən dəyişiklik ləğv olundu

Bakıda "Formula 1" ilə əlaqədar marşrutlarda edilən dəyişiklik ləğv olundu
11:50 27 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləvğ edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2771074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR