​Ukraynada güclü partlayış

Ukrayna Daxili İşlər Nazirliyi Kiyevdə baş verən partlayışı terror hadisəsi kimi qiymətləndirib.

Baş verən partlayış nəticəsində bomba yüklü avtomobilin sürücüsü ölüb. Ukrayna DİN-nin yaydığı xəbərdə ölən şəxsin 1978-ci il təvəllüdlü zabit olduğu bildirilib.

XXX

Ukraynada bomba yüklü avtomobil partladılıb.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə Ukraynanın paytaxtı Kiyevdə qeydə alınıb. Güclü partlayış nəticəsində avtomobil yararsız hala düşüb. Ölü və yaralılar haqqında hələ ki, məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR