Çin-Hindistan sərhədində GƏRGİNLİK

Çin-Hindistan sərhədində GƏRGİNLİK
12:27 27 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin xarici işlər nazirliyi bir qrup hindistanlı sərhədçini ölkə sərhədini qanunsuz keçməkdə günahlandırıb və Hindistan hökumətindən tələb edib ki, onlar ÇXR-in ərazisini dərhal tərk etsinlər.

Milli.Az oxu.az-a istinadən məlumatına görə, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuanın bəyanatında deyilir.

"Çin Hindistanı ölkə sərhədləri barədə razılığa əməl etməyə, ÇXR-in ərazi bütövlüyünə hörmətlə yanaşmağa, sərhədi qanunsuz keçən hərbçi qulluqçuları dərhal geri qaytarmağa və Çin-Hindistan sərhədində sülhün qorunması üçün insidenti dəqiq araşdırmağa çağırır", -  bəyanatda deyilir.

Qeyd olunur ki, sərhədçilər Çin-Hindistan sərhədini Sikkim ştatı ərazisində keçiblər.

Qen Şuan əlavə edib ki, Çin tərəfi lazımi cavab tədbirləri görməyə hazırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR