Xalq artisti ilə vida mərasimi keçirilir - FOTO

Xalq artisti ilə vida mərasimi keçirilir - FOTO
12:27 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünən uzun sürən xəstəlikdən sonra vəfat edən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Təzə Pir" məscidində keçirilən mərasimdə xanəndənin qohumları, sənət yoldaşları, pərəstişkarları və ictimai şəxslər iştirak edir. Qəndab Quliyeva bu gün Binə qəsəbə qəbiristanlığında, anasının yanında dəfn ediləcək.

Qeyd edək ki, ürək və böyrək çatışmazlığından əziyyət çəkən Q.Quliyeva Respublika Diaqnostika Mərkəzinin Reanimasiya Şöbəsində müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 1940-cı ildə Füzulidə anadan olmuş sənətçi 1992-ci ildən xalq artisti fəxri adı ilə təltif olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/557952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR