İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Varşavada rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəlib.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olunub.

Azərbaycanın və Polşanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezident İlham Əliyev Polşa əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Prezidentlər birgə foto çəkdiib.

Azərbaycan Prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR