Nailə Mirməmmədli: "Xalqın zövqü yoxdur..."

"Onların musiqi savadı olub olmadığını araşdırmaq lazımdır".

Bu sözləri bəstəkar Nailə Mirməmmədli televiziya kanallarının musiqi redaktorları haqda Metbuat.az-a danışarkən deyib:

"Yeni bəstəkarların bəstələdikləri mahnıları bəyənib bəyənməmək haqda mən çox danışmışam. İndi hər kanalın bir musiqi redaktoru var. O redaktorlar danışsın. Görək ki, efirə çıxardıqları mahnıları özləri bəyənirmi? O mahnılar yaxşıdırsa, onda xalqın zövqü yoxdur. Yaxşı deyilsə, xalqın zövqünü nə üçün korlayırlar? Ümumiyyətlə, həmin redaktorların bir musiqi savadı varmı?".

http://metbuat.az/news/698014/naile-mirmemmedli-telebesinin-olumunden-danisib-agladi.html

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR