Arıqlamaq istəyənlər üçün

Bəzi qidalar bədəndəki artıq çəkini atmağı sürətləndirir.

Metbuat.az xəbər xəbər verir ki, bədəndəki artıq yağlardan xilas olmaq üçün acı bibər yeyin. Tərkibindəki “Kapsaisin” maddəsi yağ yandırmağı sürətləndirir.

Hindistan qozu

Triqliseridlə zəngin olan hindistan qozu maddələr mübadiləsinin sürətini 30 faiz artırır.

Avokado

Avokado maddələr mübadiləsini sürətləndirir və yağların enerjiyə çevrilmə müddətinə yardımçı olur. Buna görə də, artıq yağları yandırır.

Zəncəfil

Zəncəfil bədənin temperaturunu artırır. Bunun faydası bədənin istiliyini aşağı salmaq üçün daha çox enerji xərcləmək məcburiyyətində qalmasıdır. Bu səbəblə, çəki atmağı sürətləndirir.

Tam taxıllılar

Bədənin daha çox işləməsini təmin edən tam taxıllılar yağları yandırmağa kömək edir. Tam taxıllıların yandırılması üçün ikiqat kaloriyə ehtiyac olduğu üçün arıqlamağa yardım edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR