Azərbaycan və Polşa prezidentlərinin görüşü olub

Azərbaycan və Polşa prezidentlərinin görüşü olub
12:49 27 İyun 2017
31 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Polşa prezidentinin sarayına gəlib. Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Polşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olunub. Azərbaycanın və Polşanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Prezident İlham Əliyev Polşa əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Prezidentlər birgə foto çəkdiribər.

 

Azərbaycan prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Daha sonra prezident İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR