Arda Turan üçün 65 milyon avro

Arda Turan üçün 65 milyon avro
13:27 27 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" gələn mövsüm heyətində saxlamaq istəmədiyi Arda Turan üçün astromonik transfer məbləği müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, Kataloniya klubunun türk ulduz üçün 65 milyon avro tələb etdiyi müəyyənləşib.


İddia olunur ki, Çinin iddialı klublarından "Quanqzu Everqrande" Arda Turanla ciddi şəkildə maraqlanır və hətta futbolçunun qiymətini soruşub. Artıq "Barselona" rəhbərliyi də çinlilərlə danışıqlara başlamağa hazır olduğunu bildirib.


Bu transfer baş tutsa, Arda Turan türk futbol tarixinin ən böyük transferi olaraq rekord qıracaq. 30 yaşlı futbolçu 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 13 milyon avroya keçib. "Barselona" isə 4 il sonra onu 34 milyon avroya (bonuslarla 41 milyon) alıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-turan-ucun-65-milyon-avro-t58934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR