Argentinalı fanat: "Bakı möhtəşəmdir" - FOTO

Argentinalı fanat: "Bakı möhtəşəmdir" - FOTO
13:37 27 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı sadəcə yaxşı şəhər deyil, o, möhtəşəmdir".

Bunu Milli.Az-a açıqlamasında Bakıya 2017 Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisini izləməyə Argentinadan gəlmiş və özünü Migel Sançes kimi təqdim edən turist deyib.

Argentinalının sözlərinə görə, paytaxt Bakı və buradakı Formula 1 trası onun çox xoşuna gəlir: "Bura çox xoşuma gəldi. Bakı möhtəşəm şəhərdir. Trasa isə söz ola bilməz. Mən zövq aldım. Buradakı bulvar da çox gözəldir, istirahət və dincəlmək üçün əla yerdir. Mən Argentinadan gəlmişəm, rus və ingilis dilini bilmirəm, amma insanlarınızla çox yaxşı dil tapa, anlaşa bilirik. Şəhəriniz çox qonaqpərvər, insanlarınız mehribandır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR