Ağcabədi sakini əməliyyat masasında ölüb

Ağcabədi sakini əməliyyat masasında ölüb
13:42 27 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 27 iyun. REPORT.AZ/ Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.
Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.
Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindənölüb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedi-sakini-emeliyyat-masasinda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR