ABŞ-ı fəth edən Üzeyir: "Heç inanmırdım ki, ABŞ-da məşhurlaşa bilərəm" - VİDEO

ABŞ-ı fəth edən Üzeyir: "Heç inanmırdım ki, ABŞ-da məşhurlaşa bilərəm" - VİDEO
14:22 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

Amerikanı fəth edən azərbaycanlı sirk ustası, qatıldığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq qazanan Üzeyir (Uzeyer) Novruzov Bakıda keçirilən Formula-1 yarışını ailəsi ilə birgə izləyib. 

Milli.Az xəbər verir ki, hazırda Birləşmiş Ştatlarda yaşayan Üzeyir Novruzov yarış zamanı baku.ws-in suallarını cavablandırıb. O, bir azərbaycanlının ABŞ-a gedərək bu ölkəni necə fəth etdiyinin sirlərindən danışıb: 

"Qastrolda idim. Heç inanmırdım ki, gedib Amerikaya və orada işləyib, məşhurlaşa, yaşaya bilərəm. Amma bu şoudan (America's Got Talent ) sonra mənim üçün orada yaşamaq daha asanlaşdı. Müxtəlif yerlərdən təkliflər gəldi. Bu şou mənim üçün yaxşı reklam oldu, tanındım. Hələlik ABŞ-da işim yaxşı gedir. Amma bu o demək deyil ki, ömrüm boyu ABŞ-da qalacam. Mən dünya adamıyam, harda yaxşıdır, orada da qala bilərəm".

Qeyd edək ki, sirk ustası Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla "Ginnesin rekordlar kitabı"na da düşüb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ-ı fəth edən Üzeyir:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR