AŞPA-nın sədrini istefaya göndərə biləcək yeni reqlament qəbul edilib

AŞPA-nın sədrini istefaya göndərə biləcək yeni reqlament qəbul edilib
14:37 27 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 27-də reqlamentə dəyişikliklə bağlı qətnaməni qəbul edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qətnamədən sonra qurumun indiki baş katibi Pedro Aqramuntun tutduğu vəzifədən uzaqlaşdırlıması prosesinə başlamaq mümkün olacaq.
Parlamentin 154 üzvü qətnamənin lehinə, 30-u əleyhinə səs verib. 13 deputat isə bitərəf qalıb.
AŞPA-nın reqlamanetində sədrin istefası haqda maddə yox idi. Sənədə əsasən, Assambleyanın sədri özü istefa verməklə tutduğu vəzifədən azad edilə bilərdi. Ancaq yeni reqlamentdə bu məsələ öz həllini tapıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/aspa-nin-sedrini-istefaya-gondere-bilecek-yeni-reqlament-qebul-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR