Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü
14:43 27 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Publika.az report-a istinadən xəbər verir ki, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.

Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/204114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR