Bakı-Qazax magistralında iki yük maşını və minik avtomobili toqquşub, xəsarət alanlar var

Bakı-Qazax magistralında iki yük maşını və minik avtomobili toqquşub, xəsarət alanlar var
15:07 27 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı-Qazax magistralının 72-ci kilometrliyində iki yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, iki yük maşını “Audi” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik maşını yararsız vəziyyətə düşüb. Həmin maşında olan kişi və uşaq ağır xəsarət alıb. Kişinin ayağının sındığı bildirilir.
Əraziyə “Təcili yardım” maşını və yol polisinin əməkdaşları gəlib.
Hələ ki, yaralıların şəxsiyyəti müəyyənləşdirilməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-qazax-magistralinda-iki-yuk-masini-ve-minik-avtomobili-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR