Tramp üçün gözlənilməz faiz ŞOKU: İlk yerdə elə ABŞ gəlir

Tramp üçün gözlənilməz faiz ŞOKU: İlk yerdə elə ABŞ gəlir
15:08 27 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Ən nüfuzlu araşdırma mərkəzlərindən bir olan "Pev" tərəfindən keçirilən sorğunun nəticələri dünya mediasında geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, araşdırmalara görə, Trampa dünyada ən az güvənən ölkələrdən biri də Türkiyədir. Bununla yanaşı, Türkiyənin ABŞ-ın keçmiş prezidenti Barak Obamaya da qətiyyən güvənmədiyi məlum olub.

Bir sıra mərkəzlər hər il ABŞ-ın beynəlxalq ictimaiyyətdəki imicini müəyyənləşdirmək üçün mütəmadi olaraq bu cür araşdırmalar aparır.

37 ölkədə aparılan araşdırmaya görə, Obamanın hakimiyyəti illərində ABŞ-ın dünya ölkələri arasındakı imici 64% olduğu halda, Trampın seçilməsindən sonra bu göstəricilər 22%-ə düşüb.

Araşdırmaçıların fikrincə, Trampın seçilməsi ilə ABŞ-ın qlobal imici Corc V. Buşun dövründəki səviyyəyə enib.

Beynəlxalq diplomatiyaya önəm verən Obama ABŞ-ın İraq müharibəsi səbəbindən yerlə bir olan imicini düzəltmişdi.

"Pev"in son sorğusuna əsasən, yeni dövrdə ABŞ-ın beynəlxalq imicinin ən çox pozulduğu ölkələr arasında ilk yerlərdə İsveç, Hollandiya və Almaniya durur.

Sorğuda yalnız İsrail və Rusiya xalqları Obamaya nisbətən, Trampa daha çox güvəndiyini bildirib.

Türkiyədə isə əksəriyyət nə Trampa, nə də Obamaya güvənmir. İki lider arasında Türklər Obamaya 45% güvəniblərsə, bu göstərici Trampa görə sadəcə 11% təşkil edir.

Trampa güvənməyən insanların ən çox olduğu ölkələr sırasında birinci yerdə ABŞ, Meksika (5 faiz), İspaniya (7 faiz) və İordaniya (9 faiz) gəlir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR