"Barsa"nın 70 milyon avrosuna "yox" dedilər - SON DURUM

"Barsa"nın 70 milyon avrosuna "yox" dedilər  - SON DURUM
15:17 27 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın Osman Dembele planı baş tutmayacaq. Fanat.Az xəbər verir ki, Kataloniya klubuyla Dortmund "Borussiya"sı danışıqların ilkin mərhələsini uğurla başa vursalar da, 70 milyon avroluq təklif almanları qane etməyib.



20 yaşlı Mali əsilli fransalıya görə 90 milyon avro istəyən "Borussiya" rəhbərliyi forvardı ucuz satmağa razılaşmayıb. "Barsa"nın geri çəkilməsi "Mançester Siti"nin "arılar"la danışıqlara başlamasını şərtləndirib. "Le 10 Foot"da yazılanlara inansaq, forvard "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola ilə şəxsən görüşəcək. Görüş zamanı mümkün keçidin Qvardiolanı və Dembeleni maraqlandıran tərəfləri müzakirə olunacaq.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarsaquotnn-70-milyon-avrosuna-quotyoxquot-dedilr-t58936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR