Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Yolun 72-ci
kilometrliyində, Ələt qəsəbəsi ərazisində iki “KamAZ”, bir “Mercedes”
markalı yük avtomobilləri və “Audi” markalı minik avtomobili toqquşub. Nəticədə
minik avtomobili aşıb, yük maşını ilə yol kənarındakı dəmir arakəsmələr
arasında qalaraq əzilib. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu
bildirilir.
Faktla bağlı araşdırma aparılır. //APA