Bakı-Qazax yolunda 4 avtomobil toqquşdu

Bakı-Qazax yolunda 4 avtomobil toqquşdu
15:34 27 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı- Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun 72-ci kilometrliyində, Ələt qəsəbəsi ərazisində iki “KamAZ”,  bir “Mercedes” markalı yük avtomobilləri və “Audi” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili aşıb, yük maşını ilə yol kənarındakı dəmir arakəsmələr arasında qalaraq əzilib. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR