Senator: “ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək”

Senator: “ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək”
15:47 27 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Qətərlə bəzi ərəb dövlətləri arasında mövcud böhran həll edilməyənədək ABŞ-ın Körfəz ölkələri İqtisadi Əməkdaşlıq Şurasının üzv dövlətlərə silah satışına icazə verilməyəcək.
“Report” Ajanshaber-ə istinadən xəbər verir ki, bunu ABŞ Senatının xarici işlər komitəsinin sədri senator Bob Korker ölkəsinin dövlət katibi Reks Tillersona yazdığı məktubda bildirib.
Senator ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinə toxunaraq qeyd edib ki, bölgə dövlətləri bu ziyarətdən təhlükəsizlik və əmin-amanlıq üçün istifadə etmədilər: “Təəssüf ki, onlar qarşıdurmanı seçdilər. Bütün ölkələr terrorçuluğa qarşı mübarizədə daha çox iş görməlidir. Ancaq Körfəz ölkələri İqtisadi Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında son zamanlar yaranan anlaşılmazlıqlar terrorçu İŞİD qruplaşması və İrana yönəli fəaliyyətə zərər verir. Bu kimi səbəblərə əsasən, böhran həll edimədən bölgədəki ərəb dövlətlərinə silah satışına icazə təsdiqlənməyəcək”.
Qeyd edək ki, ABŞ bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə 110 milyard, Qətərlə 12 milyard dollarlıq silah və hərbi texnikaya dair müqavilə imzalayaıb. Senatorun elan etdiyi qərarın bu müqavilələrə də təsir edəcəyi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/senator-abs-in-korfez-dovletlerine-silah-satisina-icaze-verilmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR