İnternetdə bir qiymət, avtosalonda başqa...
Bu gün bəzi avtosalonların internet səhifəsində
avtomobillərin qiyməti heç də real göstərilmir. Belə ki, internetdə 17000 AZN-ə
təklif olunan avtomobil salonun özündə 17000 dollarla müştərilərə təqdim edilir. Avtosalonlar
müştəri cəlb etmək üçün bu cür taktikalara əl atırlar.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən
vəkil Asif Abdullayev bildirdi ki, İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında qanuna əsasən, Azərbaycan ərazisində satılan malların qiyməti yalnız manatla göstərilməlidir:
“İnzibati Xətalar Məcəlləsində həmin qanunun pozulmasına görə cərimə nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının ərazisində satılan malların qiymətlərinin manatla göstərilməməsinə görə 1100 manatdan 1650 manata qədər cərimə nəzərdə tutulub”.
(Bakıdaikinci əl avtomobillər ucuzlaşmağa başlayıb – FOTO)
Xəyalə Məmmədova / METBUAT.AZ