Prezident Andjey Duda: Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Prezident Andjey Duda: Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir
17:50 27 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə çıxışında deyib.

Polşa Prezidenti bildirib ki, iki ölkə arasında siyasi sahədə əlaqələr uğurla inkişaf edir.

A.Duda vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2771143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR