Əlcəzair millisinin üzvü "Differdanj"da

Əlcəzair millisinin üzvü "Differdanj"da
18:12 27 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq "Differdanj" heyətini gücləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Lüksemburq təmsilçisi hücum xəttinə yeni oyunçu cəlb edib.

Bu, "Maynts"da çıxış etmiş Şadli Amridi. 32 yaşlı forvard bir neçə gün idi ki, "Differdanj"ın düşərgəsində baxışda idi. Əlcəzair yığmasının sabiq üzvü ilə bağlı yekun qərar verilib. Baş məşqçi Paskal Karzaniqanın bəyəndiyi təcrübəli futbolçu ilə gözlənildiyi kimi, münasibətlər rəsmiləşdirilib. Onunla 1+1 illik müqaviləyə qol çəkilib. Futbolçunun adının "Zirə" ilə oyunöncəsi iştirak ərizəsinə salınması qərara alınıb.
 
Qeyd edək ki, son olaraq Almaniyanın Regional Liqasında "Homburq"un formasını geyinmiş Şadli Amri Əlcəzair millisində 10 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR